Nyukasl xəstəliyi (yalançı taun, atipik taun, Asiya taunu) psevdopestis avium
Nyukasl quşların yüksək kontagioz virus xəstəliyi olmaqla respirator və visseral orqanların,
mərkəzi əsəb sisteminin zədələnməsi və yüksək tələfat verməsi ilə səciyyələnir.

Törədicisi:
Paramiksoviruslar qrupundan birinci qrup serotipinə mənsub, tərkibində RNT olan virusdur. Patogenliyinin müxtəlif olmasına görə nyukasl virusu ştammlara bölünürlər: zəif ştammlar (çox zəif); bütün yaşlı cücələr üçün apotogen; mezogen (orta) ştammlar toyuq embrionlarını öldürür, 30 günlüyə qədər cücələrd respirator nişanələr və təlafat törədir; velogen (çox qüvvəli) bütün növ quşlar üçün patogen olan virulentli epizootiki ştammdır. Nyukasl xəstəliyi virusu natrium qələvisinin 0,5%-li məhlulunda 20
dəqiqəyə, formaldehidin 2%-li, tərkibindən 2%-li fəal xlor və 1% qələvi olan hipoxloridin 2%-li məhlulunda 3 dəqiqəyə zərərsizləşir. Nyukasl virusu ilə yoluxmuş quş binası natrium qələvisinin 2%-li, formaldehidin 3%-li məhlulu ilə dezinfeksiya etdikdə 24 saata zərərsizləşmiş olur. Yumurta qabığında virus formaldehid buxarının təsirindən 1 saata, 0,5%-li natrium qələvisinin təsirindən 20 dəqiqəyə, xlorlu əhəngin tərkibində 1 % fəal xlor olan su məhlulunun təsirindən 10 dəqiqəyə tələf olur.
Patogenezi:
Quşun bədəninə daxil olmuş virus qana keçir və əsas etibarı ilə dalaqda çoxalır. Virus yoluxmadan 20 saat sonra qan dövranına daxil olur. Virusun təsirindən hematoelcefalik baryerin keçiricilik xassəsi pozulur və viremiya inkişaf edir. Qan damarlarının divarları boşalır və genişlənir. Ürək əzələsində distrofiki, degenerotiv dəyişikliklər inkişaf edərək onun zəifləməsinə səbəb olur. Bu dəyişikliklər qan dövranının pozulmasına və hiperemiyanın, qan durğunluğunun inkişaf etməsinə, şiş və qan sağıntılarının əmələ gəlməsinə səbəb olur. Xüsusilə mərkəzi sinir sisteminin fəaliyyətinə təsir edir.