Quşlarda çiçək xəstəliyi – çiçəyi ariola aviumkontakioz xəstəlik olmaqla dəridə spesifik çiçək yaralarının, ağız boşluğunun, yuxarı tənəffüs yollarının selikli təbəqəsində tefteriod yaralarının və konyuktivin
əmələ gəlməsi ilə xarakterikdir. Çiçək xəstəliyi dünyanın bir sıra ölkələrində yayılmışdır.
Onun verdiyi iqtisadi zərər xəstə quşların tələf olması və məcburi kəsilməsindən, yumurta məhsuldarlığının 5 dəfədən də artıq azalmasından və sağaldıqdan sonra ləng bərpa olunmasından,
inkubasiya olunan yumurtalarda cücə çıxmasının 80%-ə qədər azalmasından, cavanların böyümə və inkişafdan qalmasından, xəstəliyi keçirmiş quşların digər yoluxucu xəstəliklərə daha həssas olmasından,
sağlamlaşdırıcı tədbirlərin aparılması ilə əlaqədar olaraq çəkilən xərclər və digər amillərdən ibarətdir.
Quşların çiçəyi ilk dəfə 1775-ci ildə Quzard toyuqların konyuktivi adı ilə təsvir etmişdir, difterit isə ayrıca xəstəlik kimi lap qədimdən məlum idi. Xəstəliyin əsl törədicisi müəyyən edilənə qədər bir sıra tədqiqatçılar
quşların çiçək və difteritinin bir xəstəliyin iki forması olması söyləmişlər.

quslarda cicek xesteliyi

Törədicisi:

Quşlarda çiçək xəstəliyi deyildikdə, əsasən 4 növ virus başa düşülür:

  • virus borneliota qallinarium toyuqların çiçək virusu
  • virus borreliota meleaqridis hinduşkaların çiçək virusu
  • virus borreliota columborum göyərçinlərin çiçək virusu
  • virus boreliota frinqillari sarı bülbüllərin çiçək virusu

Virusun böyüklüyü 180-350 mmk-dur. Toxumalardan azad olmuş virus fiziki və kimyəvi təsirlərə davamsızdır, toxuma hüceyrəsində olan virus isə davamlı olur. Donmuş və qurumuş virus uzun müddət diri qalır. Bu xüsusiyyət onun xarici mühitdə uzun müddət yaşamasına səbəb olur.
Virus yüksək hərarətə, etil spirtinə, efirə, xloroforma və turş mühitə həssasdır. Natrium qələvisinin 1%-li məhlulu virusu 5 dəqiqəyə, günəş şüaları 7 günə öldürür. Virus 100°C-də 5 dəqiqəyə, 80°C-də 30 dəqiqəyə, 60°C-də 3 saata tələf olur. O, xarici mühitdə çirklənmiş obyektlərdə 158 gün, lələk və tükdə 195 gün, yumurtanın qabığında 60 gün, suda 76 gün öz virulentliyini saxlayır. Çiçək kərtməyində mənfi 15°C-də virus 2 ildən artıq yaşayır. Quşların çiçək virusları 10-12 günlük toyuq embrionlarının xorionallontois pərdəsində yaxşı yetişirlər. Pərdədə əmələ gətirdikləri dəyişikliklərin xarakterinə və rüşeymin daxili orqanlarına yayılma dərəcəsinə görə bu viruslar bir-birindən fərqlənirlər.

Epizootologiyası:

İnfeksiya mənbəyi xəstə və xəstəliyi keçirmiş quşlardır. Xəstə quşlar virusu çiçək yaralarının kərtməyi, ağız və burun seliyi, göz axıntısı, nəcislə, yumurtanın qabığı ilə ifraz edir, binanı, yemi,
suyu, həyəti, avadanlığı və havanı çirkləndirirlər. Xəstəliyi keçirmiş toyuq və hinduşkaların orqanizmində virusun 16 aya qədər qalması, onun nəcis və yumurtanın qabığı ilə xarici mühitə yayılır.
Çiçək virusu gəmiricilər, qan soran həşəratlar və çöl quşları da yaya bilirlər. Virusun arqas gənələrinin orqanizmində 730 gün, toyuq gənəsində 300 gün, taxtabitlərdə 245 gün, qan soran vaxtı isə virusu sağlam toyuqlara keçirərək onları xəstələndirirlər. Azərbaycanda çiçək aran və dağətəyi rayonlarda yayılaraq toyuq, hind quşu və göyərçinlər arasında müşahidə olunur. Göstərilən zonalarda fərdi və fermer quşçuluq təsərrüfatlarında quşçuluğun inkişaf etməsi ilə yanaşı, orqanizmlərində virusun 6 aydan 2 ilə qədər yaşaya bildiyi ektoparazitlərində inkişaf etməsi üçün əlverişli şərait vardır. Quşların çiçək xəstəliyi ən çox payız və qış mövsümlərində müşahidə edilir. Xəstəliyin payız və qış aylarında geniş yayılmasını hava şəraiti ilə yanaşı, quşların orqanizminin müqavimət qüvvəsini zəiflədən amillərin təsiri, baytarlıq-sanitariya qaydalarına əməl edilməməsi, xarici mühitdə virusun uzun müddət yaşaması üçün əlverişli şəraitin olmasıdır.

Təfriqi diaqnozu:

Quşlarda çiçək xəstəliyi – Çiçək diaqnozunu müəyyən edərkən onu A vitaminozdan, hemofilyozdan, vəbadan, aspergilyozdan,
kandidamikozdan, respirator mikoplazmozdan, infeksion bronxitdən, infeksion laninqotraxeitdən və çiçəyin atipik formasına bənzər yoluxucu xəstəliklərdən təfriq etmək lazımdır. Bu məqsədlə epizootoloji məlumatlar, xəstəliyin kliniki nişanələri, patoloji-anatomiki dəyişiklikləri laboratoriya
müayinələri zamanı nəzərə alınmalıdır.

İmmunitet:

Quşların qan serumunda virus neytrallaşdırıcı və presitinləşdirici əks-cisimlərin tapılması və toxuma qeyri-həssaslığının əmələ gəlməsi ilə xarakterlənir. Virus quşun orqanizminə daxil olduqdan
sonra dərhal orqanizmdə immunoloji dəyişikliklər başlayır və 3-4 həftədən sonra immunitet tamamilə formalaşır. Xəstəliyi keçirmiş yaşlı quşlarda 2-3 ilə qədər immunitet olur. Toyuq çiçəyi ilə yoluxmuş cavanlarda immunitet 16 aydan çox davam edir. Virusla peyvənd olunmuş cücə və toyuqlarda
immunitet müddətində virus daxili orqanlarda qalır. Peyvənd olunmuş quşlarda immunitetin müddəti işlədilən ştammının immunogenliyindən, quşun yaşından, onun reaktivliyindən və peyvəndin
üsulundan asılıdır.

Profilaktika və mübarizə tədbirləri: Xəstəliyin profilaktikası və onunla səmərəli mübarizə aparmaq üçün baytarlıq-sanitariya və xüsusi tədbirlər kompleksinin həyata keçirilməsi vacibdir. Çiçək xəstəliyinin baş verməsinə şübhə olduqda bütün quşlar diqqətlə kliniki müayinədən keçirilir. Patolojianatomiki, virusoskopiki və lazım gələrsə bioloji müayinələr aparılır, diaqnoz dəqiqləşdirilir.
Xəstəlik baş vermiş təsərrüfatlar qeyri-sağlam elan olunur və karantin qoyulur. Quş və quş məhsullarının, yemin, əşyaların və s. çıxarılması, təsərrüfata quşun gətirilməsi qadağan edilir. Xəstə və zəif quşlar seçilərək
kəsilir, kliniki sağlam quşlar peyvənd olunur. Qeyri-sağlam təsərrüfatlarda müntəzəm olaraq mexaniki təmizlik, dezinfeksiya və dezinseksiya aparılır.


1 Comment

Group8 652i · May 13, 2023 at 8:15 am

perfectt

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *