Quş əti yüksək qidalılıq dəyərinə malik yeyinti məhsuludur. Quş ətinin belə yüksək qidalılıq dəyərinə malik olması bilavasitə onun kimyəvi tərkibi ilə əlaqədardır. Belə ki, quş ətinin tərkibində insan orqanizmi tərəfindən asanlıqla həzm olunan zülallar, yağlar, vitaminlər, mineral maddələr və karbohidratlar vardır. Quş ətini təşkil edən bu maddələr quş ətini keyfiyyətinin formalaşmasında xüsusi əhəmiyyətə malikdir. Belə ki, quşun növlərindən asılı olaraq quş ətində zülalların miqdarı 11-dən 25%-ə qədər dəyişilir. Bu zülalların əsasən tam dəyərli zülallardan ibarətdir.

Quş ətindəki zulallar

Quşlar arasında daha çox zülalla zəngin hinduşka ətidir. Ən az isə qaz əti hesab olunur. Arıq və cavan quş ətində olan zülalların miqdarı kök və yaşlı quş ətinə nisbətən çox olur. Lakin zülallarən ümumi miqdarı quşun tam qidalılıq dəyərini xarakterizə etmir. Çünki quş ətinin tərkibində olan tamdəyərli, zülallarla yanaşı olaraq, quş ətinin tərkibində tamdəyərli olmayan zülallardan vardır. Ona görə də quş ətinin qidalılıq dəyərliliyi tamdəyərli zülalların miqdarı ilə xarakterizə olunur. Məhz bu göstəriciyə görə quş əti, mal ətindən fərqli xüsusiyyətə malikdir. Belə ki, quş ətində tam dəyərli zülalların miqdarı -7% olduğu halda qara mal ətində isə 25% təşkil edir. Quş ətinin kateqoriyasında asılı olaraq tərkibində olan anin turşularının dəyərliliyinə görə də fərqlənirlər. Belə ki, I kateqoriya hinduşka və ördək ətində izoleysin amin turşusu üstünlük təşkil etdiyi halda II kateqoriya hinduşka və tiyuq ətində isə valin amin turşusu üstünlük təşkil edirlər.

Quş ətlərinin fərqləri

Quş əti həmçinin ətinin rənginə görə bir-birindən fərqlənirlər. Belə ki, toyuq və hinduşka döş ətinin rəngi ağ olduğu halda, digər quşların əti isə qırmızı rəngdə olur. Quş ətinin tərkibində mühüm rol oynayan maddələrdən biri də 6 yağlardır. Quşun növündən asılı olaraq ətin tərkibində yağın miqdarı dəyişilir. Belə ki, quş ətində yağın miqdarı 4,5-dən (cücədə) 53%-ə qədər (yağlı ördəkdə) dəyişilir. Quş ətinin tərkibində olan yağlar aşağı temperaturda əriyir (23-390C). Ona görə quş ətinin tərkibində olan yağlar orqanizm tərəfindən çox asanlıqla həzm olunur. Quş ətinin tərkibində olan yağlar əsasən doymamış yağ turşularından ibarətdir. Müəyyən olunmuşdur ki, quş ətinin tərkibində olan doymamış yağ turşularının miqdarı mal və qoyun ətindən fərqli olaraq 5-20 dəfə çoxluq təşkil edir.

Fərqli quş ətləri

0 Comments

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *