Quş ətləri haqqında qısa məlumat

Quşlar digər kənd təsərrüfatı heyvanlarından tez böyüməsi, quş ətinin keyfiyyəti və məhsuldarlığı ilə fərqlənirlər. Qeyd etmək lazımdır ki, quş ətinin keyfiyyəti onun emalından, quşun növündən, cinsindən , yaşından, köklüyündən, cəmdəyin təmizlənmə dərəcəsində, texnoloji və termiki emalından asılıdır.

Bu göstəricilərin hər biri ayrı-ayrılıqda quş ətinin keyfiyyətinin formalaşmasında xüsusi rol oynayır. Quş ətinin keyfiyyətli olmasındamühüm rol oynayan amillərdən biri də onun yaşından asılıdır. Belə ki, quşlar yaşından asılı olaraq cavan və yaşlı quşlara ayrılır.

Cavan quş ətinin fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, bu yaşda olan quşların döş sümüyü sümükləşməmiş, dimdiyi yumşaq, dərisi zərif, elastiki olur. Həmçinin bu yaşda olan quşların ayaqları hamar, sıx və qarmaqla örtülmüş olur. Mahmızları çoxda inkişaf etməmiş olur. Yaşlı quş ətinə isə qaz, ördək, toyuq və hinduşka və onların emalı nəticəsində alınan məhsullar aiddir. Bu yaşda olan quşların xarakterik əlaməti onda ibarətdir ki, bu yaşda olan quşların döş sümüyü tam sümükləşmiş, dimdikləri bərkimiş olur. Toyuq və hinduşkanın ayaqlarını örtən qarmaqların kobud olur. Ördək və qazın ayaq dərisi isə qalın və kobud olur.

Quşun kök olması

Quş ətinin keyfiyyətli olmasında mühüm əhəmiyyət kəsb edən amillərdən biri də onun köklük dərəcəsindən asılı olmalıdır. Quş əti yağ toxumasının 22 miqdarından və eləcə də emalının düzgün aparılma dərəcəsindən asılı olaraq I və II kateqoriyaya ayrılır.

I kateqoriyaya aid olan quş ətinin cəmdəklərində əzələlər yaxşı inkişaf etmiş olur. Həmçinin bu kateqoriyaya daxil olan quşların qarın və bel nahiyyəsində dərialtı piy toxumasının olmasıdır. Döş sümüyü tili azacıq olaraq nəzərə çarpır. Döşlərin forması isə girdədir.

II kateqoriyaya daxil olan quş ətinin fərqli cəhəti ondan ibarətdir ki, cəmdəklərində əzələlər kafi inkişaf etmiş olur. Döş sümüyü tili nəzərə çarpır və döş əzələləri tili nəzərə çarpır və döş əzələləri çöküksüz bucaq əmələ gətirir. Həmçinin bu kateqoriyalı quş ətində azacıq miqdarda dərialtı yağ toxuması olur

Quş ətinin keyfiyyətində cinslərinin önəmi

Quş ətinin keyfiyyətli və məhsuladrlığın yüksək olmasında rol oynayan faktorlardan biridə ev quşlarının məhsuldar cinslərin olmasıdır. Ev quşları məhsuldarlığına görə ətlik yumurtalıq və qarışıq istiqamətli olur. Bu cinslər bir-birindən xarici görünüşünə və məhsuldarlığına fərqlənirlər. Ətlik istiqamətli toyuq cinsləri digər cinslərdən xarici görünüşünə, məhsuladrlığına və həmçinin yumurtasının dəyərliyinə fərqlənirlər. Bu cinsə daxil olan quşların ət çıxımı da yüksək olur. Bu cinsə daxil olan quşlar ildə 160- ə qədər yumurta verirlər. Yumurtalıq cinsinə daxil olan quşlar ətlik cinsindən fərqli olaraq nisbətən kiçik ölçülü, yüngül kütləyə malik olması ilə fərqlənirlər. Lakin bu cinsə daxil olan quşların ət çıxımı aşağıdır. Bu cinsin geniş yayılan cinslərdən Ağ leqqorn və Ağ rus cinsini göstərmək olar. Leqqvin cinsinin toyuqları yüksək yaşama qabiliyyətinı və iqlimə yaxşı uyğunlaşma xüsusüisyyətinə malik olması ilə fərqlənirlər.

Cinsin orta yumurtalıq məhsuldarlığı 200 ədəddir. 23 Qarışıq (ətlik-yumurtalıq) istiqamətli cinslər xarici görünüşünə görə ətlikyumurtalıq cinsləri aid olan əlamətlər özlərində cəmləşdirirlər. Lakin ətlik göstəriciləri ətlik istiqamətinə daxil olan cinslərdən aşağı, yumurtalıq istiqamətinə daxil olanlardan üstündür.


0 Comments

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *