etlik qusculuq

Ətlik quşçuluq – toyuqlar çoxluq şəklində yaşayan quşlardır. İyirmiyə qədər toyuq bir xoruzun himayəsi altında azad şəkildə qrup yaradırlar.
Toyuqlar təqribən 3 həftə yumurtadan cücə çıxana qədər yumurtalarının üstündə kürt yatırlar.
Kürt ananın qorunması xüsusilə cücə çıxarma zamanı həyati önəm daşıyır. Toyuqlar bir-biri ilə bədən saxlanması hərəkətləri və müxtəlif səsləri çıxarmaqla ünsiyyət qururlar. Toyuqların arasında 20-dən artıq ünsiyyət səsləri məlumdur. Toyuqların zehni qabiliyyətlərinə çox vaxt diqqət yetirilmir, lakin elmi tədqiqatlar sübut etmişdir ki, quşlar yaxşı zehni qabiliyyətə malikdirlər, hətta gələcək hadisələr haqqında təsəvvürə malikdirlər.

Toyuqlar gününü hər şeydən öncə birlikdə yem axtarmaqla keçirirlər. Hava qaralana yaxın onlar mümkün qədər yuxarıda yatmaq üçün yerlər axtarırlar. Məmnuniyyətlə ağacların budaqlarında gecəni keçirirlər.
Sənaye şəklində saxlanan və kökəldilən ətlik cins beçələr bu adlandırılan qabiliyyətə malik deyillər, yaxud da məhdud şəkildə malikdirlər. Hər şeydən öncə tövlədə onların sıx saxlanması, yəni kvadrat metrə düşən baş sayının çoxluğu və sürətlə böyüməsini təmin etmək üçün yetişdirilməsi onların təbii davranışını məhdudlaşdırır. Bu baxımdan ətlik toyuqlar nəinki ağaca çıxa bilir, hətta gəzməkdə belə çətinlik çəkirlər.


Ayrı-ayrı kökəldilmə tövlələrində ətlik toyuqlar qrup şəklində baş sayı 10.000 və daha artıq olmaqla saxlanılır. Kökəltmə tövlələrində toyuqların baş sayını 40.000-ə qədər saxlamaq mümkündür. Ənənəvi saxlama formalarında icazə verilən baş sayı sıxlığı bir kvadrat metrə görə 33-39 kq diri çəki götürülür. Lakin tədqiqatlar göstərir ki, kökəltmə istiqamətində fəaliyyət göstərən müəssisələrdə toyuqların baş sayının sıxlığı çox hallarda normanı aşır. Bununla belə, həmçinin onu da qeyd etmək olar ki, nəhəng
müəssisələrdə hər kvadrat metrə düşən heyvan sayını dəqiq müəyyən etmək çətinliklə mümkün olur.

Ətlik toyuqların yerləşmə sıxlığı

Qısa müddətli kökəltmə zamanı 1,5 kq diri çəkisi olan toyuqlar üçün icazə verilən ən yüksək sıxlıq bir kvadrat metrə görə 26 toyuq götürülür. Bu ətlik quşçuluq üçün yetərli miqdardır. Beləliklə, icazə verilən sıxlıq normasına görə, ümumi götürdükdə ətlik toyuqların açıq-aydın şəkildə qəfəsdə saxlanılan yumurtalıq toyuğun yerindən də az hərəkət sahəsi var. Uzunmüddətli kökəltmədə bir kvadrat metrə daha az baş sayı düşsə də, bu toyuqlar daha ağır və böyük olur.

Tövlənin yeri, təchizatı və çatışmazlıqlar

Tövlə yeri kökəltməyə başlamazdan əvvəl bir dəfəlik taxta kəpəyi, yaxud samanla döşənir. Tövlənin döşəməsində səpilmiş saman, yaxud kəpəyin keyfiyyəti kökəldilmənin gedişatında tədricən azalır. Kökəldilmənin gedişatı ərzində heyvanların yaralanmaları və xəstəlikləri getdikcə artır.

Kökəldilən toyuqların davamlı olaraq keyfiyyətsiz və nəmliyi getdikcə daha da artan döşəmədə yerində qalması ayaq oynaqlarında problemlərin və ağrıların yaranmasına səbəb olur. Tədqiqatların nəticəsinə görə, kökəltmə dövrünün sonunda döşəmənin 90 %-i nəcisdən və təqribən 10 %-i isə saman, yaxud kəpək qalığından ibarət olur.

Süni işıqlandırma

qusculuq

Ənənəvi olaraq kökəltmə təsərrüfatlarında süni işıqlandırmadan istifadə edilir. Ümumiyyətlə, təbii işıq belə tövlələrə (150 sm-lik lyukdan) çox az düşür. Hər şeydən öncə zəif işıq lampalarının qoyulması daha məqsədəuyğundur. Güclü işıqlanma heyvanların fəallığını artırır və bununla diri çəkinin artımı azala bilər. Xüsusilə günəş işığının çatışmazlığı da toyuqlar üçün mənfi təsir göstərir. Bu baxımdan tövləyə ultrabənövşəyi işıqlanma önəmlidir. Bunun köməyilə onlar özlərini istiqamətləndirə bilir, yemi və suyu asanlıqla qəbul edir, həmçinin bir-birindən vaxt keçdikcə sürətlə fərqlənirlər. Ultrabənövşəyi işıqlanma- görmə, eyni zamanda heyvanın yem axtarması və daxili saatını müəyyənləşdirmək üçün əhəmiyyətlidir.

Heyvanların mühafizəsi qanununa görə ətlik toyuq tövlələrində ən azı 6 saat davam edən qaranlıq periodu lazımdır. Avropa məsləhət şurasının ev heyvanlarının saxlanması normalarına görə tövlənin qaranlıq dövrü
hətta 8 saat təşkil edə bilər.


0 Comments

Leave a Reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *